Bu ilin yanvar-iyul ayları ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tərkibində olan Azərpoçt Dövlət Müəssisəsi tarif gəlirləri proqnozunu 100% yerinə yetirib. Trend in Rabitə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ümumi göstərici proqnozlaşdırılmış 5357 min AZN əvəzinə 5360 min AZN təşkil edib.
İlin birinci yarısında bu rəqəm proqnozlaşdırılmış 4508 min AZN əvəzinə 4905,4 min AZN təşkil edib. Beləliklə, ilin birinci yarısında proqnoz 109% yerinə yetirilib. Bu baxımdan Zaqatala poçtamtı təyin edilmiş 66,5 min AZN tarif gəliri proqnozuna qarşı 77,4 min manat (16% çox) gəlir əldə etdiyi üçün yüksək göstəricilərlə fərqlənib.
Bu faktı nəzərə alaraq, Azərpoçt DM-in əmrinə əsasən poçtamtın rəhbəri N.Süleymanov dövlət müəssisəsinin fəxri fərmanı ilə təltif edilərək, 200 AZN məbləğində mükafat alıb.