...

Smart Systems Technology Azərbaycan Əmək Nazirliyi üçün PT hazırlayır

Telekommunikasiya Materials 11 Noyabr 2006 13:44 (UTC +04:00)

Smart Systems Technology Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün proqram təminatının (PT) yaradılması üzərində işləyir. Şirkətdən Trend -ə verilən məlumata əsasən, artıq bəzi təhlillər aparılıb, məlumatların yeni məlumat bazasına köçürülməsinə başlanıb.

"İşlər 2007-ci ilin yanvarına kimi sona çatdırılacaq". Bunu "Smart"-da vurğulayıblar.

Smart Systems Technology yayda Əmək Nazirliyi ilə "Ünvanlı sosial yardım" PT-ına hazırlıq haqqında saziş imzalayıb. "Təqaüdlər və sosial təminat" layihəsi çərçivəsində nazirlik tərəfindən tender elan edilib.

Bu artıq Smart Systems və nazirliyin ikinci sazişidir. Birinci nazirlik üçün korporativ şəbəkənin yaradılması haqqında imzalanıb.

"Təqaüdlər və sosial təminat" layihəsinə Beynəlxalq İnkişaf Assosasiyası 5 milyon dollar ayırıb.

Xəbər lenti

Xəbər lenti