...

Şəbəkənin genişləndirilməsi Bakcell abunəçiləri üçün bir sıra texniki problemlər yarada bilər

Telekommunikasiya Materials 24 Yanvar 2007 12:03 (UTC +04:00)

Azərbaycanın mobil operatoru Bakcell fevralın 1-dən şəbəkənin genişləndirilməsi ilə bağlı işlərə başlayır. Bu barədə Trend ə şirkətdən bildiriblər.

Şirkət xəbərdarlıq edir ki, şəbəkənin genişləndirilməsi səbəbindən köhnə kartların işində texniki problemlər yarana bilər. Problemin aradan qalıdırlması üçün Bakcell xidmət mərkəzlərinə müraciət etmək lazımdır.

Bakcell 1994-cü ildə Azərbaycan Rabitə Nazirliyi ilə əməkdaşılq çərçivəsində birgə müəssisə kimi təsis edilib.

2003-cü il dekabrda özəlləşmə prosesi başa çatıb və 2004-cü ilin yanvarından Bakcell tam özəlləşdirilmiş şirkət kimi fəaliyyətə başlayıb. Bu gün operatorun abünəçilərinin sayı 700 mini keçir.

Xəbər lenti

Xəbər lenti