...

"Azercell" növbəti rouminq razılaşması bağlayıb

Telekommunikasiya Materials 2 Fevral 2007 15:54 (UTC +04:00)

Azərbaycanın "Azercell Telecom" mobil operatoru ilə Hindistanın üç yeni şirkəti - BhartiAirtel - Karnataka, Haryana və Himachal Pradesh arasında imzalanmış razılaşmaya əsasən beynəlxalq rouminq sahəsində birtərəfli xidmət istifadəyə verilib.

Bu, Hindistanın "BhartiAirtel" şirkəti şəbəkəsi ilə rouminq sahəsində ilə imzalanmış sayca 15-cı razılaşmadır.

Ümumilikdə "Azercell" Hindistanın bu sahədə 5 şirkəti ilə əməkdaşlıq edir - Sterling Cellular, Hutchison Max Telecom (Orange), BPL Cellular Limited, BPL Mobile Communications və Bharti (Airtel) Cellular.

Bu gün üçün "Azercell Telecom" BM dünyanın 135 ölkəsindən olan mobil operatorlarla 314 rouminq razılaşma imzalayıb.

Azercell Telecom BM 1996-cı il yanvarın 19-da yaradılıb. İlk təsisçiləri qismində "Turkcell İletiŞim Hizmetleri A.S." və Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi çıxış edib.

"Azercell Telecom" şirkəti 1996-cı il dekabrın 15-də xidmətə görə sonradan ödəmə yolu ilə abunəçilərə xidmət göstərməyə başlayıb. 1998-ci ildə əvvəlcədən ödəmə - SimSim tarif planı tətbiq edilməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti