...

Azercell-in 310 operatorla roumionq sazişi var

Telekommunikasiya Materials 6 Mart 2007 21:01 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babyeva/ Hazırada Azercell-in dünyanın 135 ölkəsinin 310 operatoru ilə rouminq sazişi var. 2006-cı il ərzində şirkət müştərilərin istifadəsinə 18 ölkənin 50 operatoru ilə imzalanmış rouminq xidməti verib. Bu barədə məlumatı çərşənbə axşamı şirkətin rəhbəri Hilmi Ateş verib.

Bundan başqa ötən ilin sonuna Azercell Telecom-un 32 ölkənin 66 operatoru ilə MMS/GPRS rouminq sazişi olub.

19 yanvar 1996-cı ildə təsis olunan Azercell Telecom həmin ilin dekabr ayının 15-dən fəaliyyət göstərir. Azercell Telecom Azərbaycanın rabitə nazirliyi (35.7%) və Fintur Holdings (64.3%) tərəfindən yaradılmış birgə müəssisədir.

Fintur Holdings-in səhmlərinin 58.55%-i TeliaSonera, 41.45 %-i isə Turkcell şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti