...

"Azərcell"in fəal abunəçilərinin sayı 2,5 mln. nəfər təşkil edir

Telekommunikasiya Materials 18 Aprel 2007 18:27 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/ Hazırda Azərcell Telecom BM mobil operatorunun fəal abunəçilərinin sayı təxminən 2,5 mln. nəfər təşkil edir. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib. Fəaliyyətinin əvvəlində 1997-ci ildə şirkət cəmi 10 min istifadəçiyə malik olub.

Bakcell şirkətinin məlumatına əsasən, bu gün abunəçilərinin sayı 800 min nəfər təşkil edir.

Azərbaycanın mobil bazarının ən gənc operatoru olan Azərfon BM-in abunəçilərinin sayı bir neçə on min hesablanır. Beləliklə, Azərbaycanın mobil rabitə abunəçilərinin ümumi sayı təxminən 3,4 mln. nəfər təşkil edir.

Azərbaycanın Dövlət Statistika Komitəsinin məlumatına əsasən, mobil rabitənin fəal və passiv abunəçilərini nəzərə almaqla bu rəqəm 3,6 mln. nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti