...

Azərcell şəbəkənin təkmilləşdirilməsi ilə bağlı işlər aparır

Telekommunikasiya Materials 24 Aprel 2007 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil operatoru olan Azərcell Telecom öz abunəçilərinə xəbərdarlıq edir ki, aprelin 25-də saat 02.00-dən başlayaraq səhər və gecə saatlarında telefon danışıqlarında, habelə bəzi xidmətlərin göstərilməsində mümkün çatışmazlıqlar yarana bilər. Bu operatorun şəbəkənin təkmilləşdirilməsi ilə bağlı apardığı işlərlə əlaqəlidir.

Şirkət mütamadi olaraq rabitənin keyfiyyətinin artırılması məqsədilə işlər həyata keçirir.

Bu gün 2,5 milyon abunəçiyə malik Azərcell Telecom Azərbaycanın mobil rabitə bazarının 77 faizini və əhalinin 99 faizini əhatə edir. Həmçinin şirkətin dünyanın 130 ölkəsinin 300 operatoru ilə rouminq sazişi var.

Azərcell Telecom 1996-cı ilin 19 yanvarında yaradılıb. Şirkət həmin ilin dekabrında fəaliyyətə başlayıb. O? abunəçilərinə öncədən ödəmə əsasında xidmətlər təklif edib.

Azərcell Telecom Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7faiz) və Fintur Holdings BV (64.3 faiz) şirkətinin birgə yaratdığı müəssisədir.

Fintur Holding B.V.-dəki iştirakın 41,45 faizi Türkiyənin "Turkcell" şirkətinə, 58,55 faizi isə Finlandiyanın "Teliasonera" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti