...

Azərbaycanın Rabitə Nazirliyi yanvar-aprel aylarında IT sahəsinə 11 mln. dollardan çox yatırım edib

Telekommunikasiya Materials 8 May 2007 12:27 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Yanvar-aprel aylarında Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ölkənin İT sahəsinin inkişafına 9588,2 min manat yatırıb. Bu barədə çərşənbə axşamı nazirlikdən verilən məlumatda bildirilir. Vəsaitlər əsasən rabitə xətlərinin yenidən qurulmasına və şəhərlərarası fibrooptik magistrallarının inşasına sərf edilib.

Nazirliyin müəssisələri olan "Aztelekom" 5538 min manat, "Baktelekom" 1852 min manat, "Teleradio" 256,7 min manat, "Azərpoçt" isə 1544,4 min manat xərcləyib.

2007-ci ildə Rabitə Nazirliyi 29 mln. manat investisiya yatırımı etməyi planlaşdırır. 2006-ci ildə yatırılan vəsaitlərin ümumi həcmi təxminən 42 mln. manat təşkil edib. Ümumiyyətlə rabitə sahəsinə yatırılan investisiyalar 211,6 mln. manata bərabər olub (Azərbaycan iqtisadiyyatına yatırılan investisiyaların 3,5 faizi).

Xəbər lenti

Xəbər lenti