...

Naxçıvan Dövlət Universiteti "Elektron Naxçıvan-3" konfransına hazırlaşır

Telekommunikasiya Materials 15 May 2007 16:46 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Naxçıvan Dövlət Universitetində (NDU) "Elektron Naxçıvan-3" konfransına hazırlıq işləri görülür. Çərşənbə axşamı universitetdən verilən məlumata görə, tədbir 22-23 iyuna planlaşdırılır.

Verilən xəbərə görə, konfransın keçirilməsində əsas məqsəd Naxçıvan Muxtar Respublikasında (NMR) informasiya-kommunikasiya texnologiyalarının inkişafı, onların respublikanın müxtəlif sahələrində tətbiqi, habelə NMR-də informasiya cəmiyyətinin inkişafı ilə bağlı məsələlərin müzakirəsidir.

Konfransda rabitə və təhsil nazirliklərinin, Elmlər Akademiyasının, NMR Ali Məclisi nümayəndələrinin, habelə Türkiyə, Rusiya və İran daxil olmaqla xarici ölkələrin ali və elmi-tədqiqat institutları təmsilçilərinin iştirakı gözlənilir. Konfrans zamanı həmçinin NDU bazasında Cisco lokal şəbəkə akademiyasının açılışı gözlənilir.

Xəbər lenti

Xəbər lenti