...

Cəmiyyət rəhbəri: Telefon danışıqlarına olan abunə haqqının artırılması internet-provayderlərin xidmətlərinə olan qiymətlərin qalxmasına gətirib çıxarmayacaq

Telekommunikasiya Materials 18 May 2007 18:04 (UTC +04:00)
Cəmiyyət rəhbəri: Telefon danışıqlarına olan abunə haqqının artırılması internet-provayderlərin xidmətlərinə olan qiymətlərin qalxmasına gətirib çıxarmayacaq

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Azərbaycanın internet-provayderləri telefon danışıqlarına olan abunə haqqının bu yaxınlardakı artımı ilə əlaqədar xidmətlərinə olan tarifləri artırmağı planlaşdırmır. Bu barədə cümə günü Azərbaycanın İnternet Cəmiyyətinin rəhbəri, "Azərin" provayder şirkətinin baş direktoru Qalib Qurbanov məlumat verib.

Tarif Şurasının qərarına əsasən, iyunun 1-dən telefon danışıqlarına olan aylıq abunə haqqı hazırkı 0,7 manatdan 2 manatadək artırılıb.

Qurbanovun sözlərinə görə, bu gün provayderlər internet xidmətlərinə olan qiymətlərin aşağı salınması imkanlarını nəzərdən keçirir.

"Əlverişli şərtlər yaranan kimi, biz tarifləri aşağı salmağa çalışacağıq", deyə o, bildirib.

Azərbaycanın internet cəmiyyəti 46 fiziki və hüquqi şəxsdən ibarətdir.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatına əsasən, bu gün ölkədə internet istifadəçilərinin sayı 900 min nəfər təşkil edir.

Xəbər lenti

Xəbər lenti