...

Avropa İttifaqı "Aztelekom" İB-nin beynəlxalq rabitə kanalları üzrə inhisarçı mövqeyinin ləğv olunmasını təkid edir

Telekommunikasiya Materials 30 May 2007 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Avropa İttifaqı "Aztelekom" İB-nin beynəlxalq rabitə kanalları üzrə inhisarçı mövqeyinin ləğv olunmasında təkid edir. Bunu çərşənbə günü xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

"Bu, Ümumdünya Ticarət Təşkilatına daxil olmaq üzrə aparılan adanışıqlar prosesində telekommunikasiya sahəsində ən əhəmiyyətli məqamlardan biridir. Aİ hesab edir ki, "Aztelekom"un inhisarçılğı aradan qaldırılsa, beynəlxalq telefon danışıqları bazarı daha da liberallaşa bilər", - deyə Məmmədquliyev söyləyib.

Azərbaycan və Aİ arasında ikitərəfli danışıqlar 24 may 2007-ci ildə Brüsseldə aparılıb.

Aİ ilə yanaşı ABŞ da Azərbaycana telekommunikasiya bazarının liberallaşdırılmasını təklif edir. Öz növbəsində isə Azərbaycan keçid dövrü üçün 11 il istəyib, ABŞ və Aİ isə bütün məhdudiyyətlərin ən uzağı üç il ərzində aradan qaldırılmasını təklif edir.

Eyni zamanda hökumət "Aztelekom" İB və "Baktelekom"un birləşdirilməsi məsələsi üzrində işləyir.

"Birləşdirmə dünya təcrübəsindən irəli gəlir. Bu dövlət müəssisələri özəlləşdirilənə qədər birləşdirmə yolu ilə onlar yenidən formalaşdırılacaq",-deyə daha öncə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirimişdi.

Bu cür təklif Azərbaycan hökumətinə rabitə sahəsindəki müəssisələrin özəlləşdirilməsinə hazırlıq zamanı məsləhətçi CA IB konsorsiumundan gəlib.

Xəbər lenti

Xəbər lenti