...

"AB SkyBell communications" ISO 9001:2000 keyfiyyət sertifikatını alıb

Telekommunikasiya Materials 19 İyun 2007 12:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /  "AB SkyBell communications" şirkətinə ISO 9001:2000 keyfiyyət sertifikatı verilib. Bu barədə şirkətdən verilən məlumatda bildirilir.

ISO 9001:2000 standartına uyğunluğa dair auditi "Moody International Certification Ltd." şirkəti aparıb. Bu şirkət keyfiyyət menecmentinin sertifikatlaşması sahəsində beynəlxalq akkreditasiyaya malikdir.

"AB SkyBell communications" əməkdaşları tərəfindən keyfiyyət menecmentinin tətbiqi məqsədilə keçirilən işlər nəticəsində şirkətdə hər hansı uyğunsuzluq aşkarlanmayıb. Auditin nəticələrinə əsasən, "AB SkyBell communications" sertifikatlaşmadan uğurla keçib. Bundan sonra ona Moody tərəfindən keyfiyyət menecmentinin beynəlxalq standartlara uyğunluğu sertifikatı verilib.

Xəbər lenti

Xəbər lenti