...

Azərbaycanın iki poçt filialının rəhbəri vəzifəsindən azad edilib

Telekommunikasiya Materials 23 İyul 2007 17:12 (UTC +04:00)
Azərbaycanın iki poçt filialının rəhbəri vəzifəsindən azad edilib

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Birnci yarımilin yekunları ilə bağlı Rabitə və İnformasiya Texnologiyalı Nazirliyinin Zaqatalada keçirilən kollegiya iclasında işlərindəki nöqsanlara görə iki poçt filialının - Daşkəsən rayon poçt filialının rəhbəri Füzuli Həsənov və Qobustan rayon poçt filialının rəhbəri Firuz Həmidov vəzifələrindən azad ediliblər. Nazirlikdən bazar ertəsi verilən məlumata görə, onlar bir ildən çox idi ki, bu vəzifəni tuturdular.

Azərpoçt DM-in məlumatına əsasən, Həsənov və Həmidovun vəzifədən kənarlaşdırılmasını təsdiq edən qərar quruma daxil olmayıb. Boşalmış postlara namizədlər də hələ ki, seçilməyib.

Xəbər lenti

Xəbər lenti