...

Azərfon yay bonus proqramını uzadıb

Telekommunikasiya Materials 4 Sentyabr 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərfon BM-in mətbuat xidmətindən verilən məlumata görə, bu ilin iyun ayında başlayan və Azərfon BM tərəfindən təklif olunan Yay Bonus Proqramı sentyabrın sonuna qədər uzadılıb.

Bonus proqramına əsasən, şəbəkə daxilində nömrələrə zənglər, digər mobil operatorlara, Nar Mobile nömrələrindən sabit şəhər nömrələrinə zənglər 2 dəfə ucuzdur.

Balansı artırarkən onun həcmindən asılı olaraq, abunəçilər aşağıda göstərilən cədvələ uyğun pulsuz dəqiqələr qazanır:

1 2 AZN 10 pulsuz dəqiqə
2 5 AZN 30 pulsuz dəqiqə
3 10 AZN 60 pulsuz dəqiqə
4 20 AZN 130 pulsuz dəqiqə
5 50 AZN 350 pulsuz dəqiqə

Pulsuz dəqiqələrin istifadə müddəti yükləndikdən sonra 30 gün ərzində etibarlıdır və abunəçilər Yay Bonus Proqramı çərçivəsində əldə etdikləri pulsuz dəqiqələrdən istifadə edərkən həm də "sevimli" nömrələrlə, istirahət, bayram günləri və gecələr əvvəlki güzəştlərlə danışa bilərlər.

Azərfonda hesab edirlər ki, Yay Bonus Proqramının uzadılması Nar Mobile abunəçilərinə mobil rabitə xərclərini 2 dəfə azaldacaq.

Bundan əlavə, GPRS paketlərinə təqdim olunan 50% güzəşt oktyabrın sonuna qədər davam edəcək.

Ölkədə yeni GSM operatoru olan AZERFON MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 30 dekabr 2005-ci il tarixli, 001512 nömrəli lisenziya verilib.Şirkət öz kommersiya fəalliyyətinə 21 mart 2007-ci il tarixində Nar Mobile ticarət nişanı ilə başlayıb. 100 mindən çox abunəçiyə malikdir.

Xəbər lenti

Xəbər lenti