...

Azərbaycan İpoteka Fondu kompyuter avadanlıqlarının alınması üzrə tender elan edib

Tender müsabiqələri Materials 14 Oktyabr 2011 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir N.İsmayılova/

Azərbaycan Mərkəzi Bankı yanında Azərbaycan İpoteka Fondu (AİF) kompyuter avadanlıqlarının və proqram təminatının alınması və quraşdırılmsı üzrə tender elan edib. Bu barədə cümə günü fondun rəsmi mətbuatda dərc olunmuş məlumatında deyilir.

Tenderdə iştirak haqqı 200 manat təşkil edir.

İştirakçılar aşağıdakı sənədləri təqdim etməlidirlər: satınalmada iştirak etmək üçün ərziə, iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi, satınalma üzrə təklif, iddiaçının hüquqi statusunu və iş təcrübəsini əks etdirən sənədlər, iddiaçının fəaliyyətinin axırıncı ili üzrə maliyyə vəziyyəti barədə bank arayışı.

Tender təklifi və ona dair bank zəmanəti 12 dekabr saat 18:00-dək qəbul ediləcək, digər sənədlər 30 noyabr saat 18:00-dan gec təqdim olunmamalıdır. Məsələ üzrə zərflər 13 dekabr saat 15:00-da AİF-in inzibati binasında açılacaq.

Məsələ ilə bağlı əlavə məlumat almaq üçün (012) 441-24-23 (daxili 133) nömrəli telefona zəng etmək olar. Əlaqələndirici şəxs: M.Hacıyeva.

Oktyabrın 14-nə olan rəsmi məzənnə 0, 7869 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti