...

“Bank VTB” İT avadanlıqları alır

Tender müsabiqələri Materials 11 Mart 2013 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart /Trend/

"Bank VTB" (Azərbaycan) ASC İT avadanlıqların əıdə olunması ilə bağlı açlq tender élan edir. Bu barədə Trend-ə bazar ertəsi bankdan daxil olan məlumatda bildirlir.

Müsabiqədə iştiraka yalnız hüquqi şəxlər buraxılırlar.

Məlumatda bildirilib ki, tenderlə bağlı təkliflər möhürlənmiş tutqun bağlı zərfdə 28 mart 2013-cü il tarixinə qədər bankın baş ofisinə (Bakı ş. Nəsimi rayonu, Xətai prospekti 38) təqdim olunmalıdır. Daha əvvəl élan olunmuş texniki şərtlərə cavab verməyən təkliflərə tender komissiyası baxılmayacaq.

Sifarişlərin verilmə üsulu: Müəssisə rəhbəri tərəfindən imzalanmış və möhürlənmiş ticarət təklifi tutqun bağlı zərfdə, məsul şəxs göstərilməklə Müsabiqə Komissiyasının katibinə göndərilməlidir.

Tender təkliflərinin qiymətləndirilməsi zamanı üstünlük bu meyarlara veriləcək: daha səmərəli tender təklifi və texniki şərtlərin keyfiyyəti

Müsabiqə sifarişinin müzakirəsi və qiymətləndirilməsi 3 gün ərzində baş tutacaq və məsul şöbə müsabiqənin qalibini məlumatlandıracaq.

Tender sifarişləri ilə bağlı zərflərin açılması 28 mart 2013-cü il 17:00-da baş tutacaq.

Əlaqələndirici şəxs Müsabiqə Komisiyassının rəhbəri R.Sultanov.
Telefon: 012 437-71-20; 492-00-80 (daxili nömrə 252)
Faks: 012 437-71-21

Məqalədə:
Xəbər lenti

Xəbər lenti