...

Bank VTB (Azərbaycan) dəftərxana mallarının alınması üçün açıq tender elan edir

Tender müsabiqələri Materials 1 Mart 2022 09:26 (UTC +04:00)
Bank VTB (Azərbaycan) dəftərxana mallarının alınması üçün açıq tender elan edir

Bakı. Trend:

Bank VTB (Azərbaycan) ASC dəftərxana mallarının alınması ilə əlaqədar açıq tender elan edir.

Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: ən səmərəli tender təklifinə və texniki şərtlərin keyfiyyətinə.

Tender təklifləri 04 mart 2022-cı il saat 16:00-dan gec olmayaraq qeyri-şəffaf zərfdə bağlanmış və möhürlənmiş şəkildə, təqdim edilən sənədlərin möhürlənmiş və imzalanmış siyahısını əlavə olaraq, Bakı şəhəri, Nəsimi rayonu, Xətai pr., 38 ünvanında yerləşən Bankın baş ofisinə təqdim edilməlidir. Elan edilmiş tenderin texniki şərtlərinə cavab verməyən təkliflər tender komissiyası tərəfindən baxılmayacaq.

Bank VTB (Azərbaycan) ASC-nin Müsabiqə Tender Komitəsi.

Əlaqələndirici şəxs:

Nailə Əliyeva

Telefon: 492-0080 (daxili nömrə 5514)

Faks: 012 437-7121

[email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti