...

Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir

Turizm Materials 29 May 2020 05:16 (UTC +04:00)
Avstriyada otellər və turizm obyektləri fəaliyyətlərini bərpa edir

Bakı. Trend:

Mayın 29-dan etibarən Avstriya hakimiyyəti otellərin, turizm və istirahət obyektlərinin işini bərpa edir.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu koronavirusla bağlı məhdudiyyətlərin qaldırılmasının dördüncü mərhələsidir.

Ölkədə məhdudlaşdırıcı tədbirlərin mərhələli şəkildə qaldırılması hər iki həftədən bir həyata keçirilir ki, bu da epidemioloji vəziyyəti təhlil və nəzarət etməyə imkan verir. Normal həyata qayıtmanın hər mərhələsində insanlara gigiyena qaydalarına riayət etmək, bir metr sosial məsafə saxlamaq və qapalı otaqlarda qoruyucu maskalar taxmaq zəruriliyi xatırladılır.

"Otellər, istirahət obyektləri, üzgüçülük hovuzları mayın 29-dan işə başlaya bilər. Bu andan etibarən 100 nəfərə qədər insanın toplandığı mədəniyyət və incəsənət tədbirləri keçirə bilərsiniz", - səhiyyə nazirliyinin başçısı Rudolf Anşhober deyib.

Avstriyada məhdudiyyətlərin qaldırılmasının dördüncü mərhələsi ictimai həyatın ən əhəmiyyətli hissəsini əhatə edir. Artıq otellərdə, hovuzlarda, əyləncə parklarında, turizm saytlarında, fitness mərkəzlərində, kazinolarda, oyun maşınlarında, idman və mədəni tədbirlərdə sərt sanitariya tədbirlərinə riayət edilməlidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti