...

“İrAero” avqustun 1-dən Novosibirskdən Bakıya uçuşların sayını artıracaq

Turizm Materials 21 İyul 2022 06:15 (UTC +04:00)
“İrAero” avqustun 1-dən Novosibirskdən Bakıya uçuşların sayını artıracaq

Bakı. Trend:

Novosibirskdən Bakıya birbaşa uçuşlar həyata keçirən yeganə aviaşirkət olan “İraero” bu marşrut üzrə reyslərə tələbatın yüksək olması səbəbindən uçuşların tezliyini həftədə iki dəfədən beş dəfəyə çatdırmaq qərarına gəlib.

Trend xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidmətindən bildiriblər.

"2022-ci il avqustun 1-dən “İrAero” aviaşirkəti həftədə 5 dəfə Novosibirsk – Bakı (Azərbaycan) – Novosibirsk marşrutu üzrə beynəlxalq uçuşlar həyata keçirəcək. Uçuşlar bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə və bazar günləri "Superjet 100" təyyarələri ilə həyata keçiriləcək. Bir tərəfə biletin qiyməti - 17 000 rubldan", - deyə mətbuat xidmətindən bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti