...

Qarabağa səyahət etmək istəyən Türkiyə vətəndaşlarının sayı olduqca çoxdur - Nazir müavini

Turizm Materials 23 Dekabr 2022 11:58 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend

2023-cü ildə Şuşanın türk dünyasının mədəniyyət paytaxtı olması da önəmli məsələdir.

Bunu bu gün jurnalistlərə açıqlamasında Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında Türkiyə mədəniyyət və turizm nazirinin müavini Nadir Alpaslan deyib.

Onun sözlərinə görə, Qarabağ zəfərindən sonra bu bölgəyə səyahət etmək istəyən Türkiyə vətəndaşlarının sayı olduqca çoxdur.

“Qarabağda zəngin mədəni irsinin düzgün formada dəyərləndirilməsi, turizmin inkişafı üçün iki ölkə arasında əməkdaşlıq edilə bilər. Bu istiqamətdə fəaliyyətlərimizi davam etdiririk. Türkiyə turizm şirkətləri ölkəmizdə investisiyalarını artırdıqları kimi Azərbaycan kimi qardaş ölkələrə də yatırım etmək istəyirlər”, - deyə nazir müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti