...

Bu il Antalyaya 16,5 milyondan çox turistin gəlməsi gözlənilir

Turizm Materials 8 Mart 2024 02:25 (UTC +04:00)
Bu il Antalyaya 16,5 milyondan çox turistin gəlməsi gözlənilir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin sonunadək Antalyaya turist axını 16,5 milyon nəfəri ötəcək.

Trend-in məlumatına görə, bu proqnozla Türkiyənin Turizm Agentlikləri Assosiasiyasının (TÜRSAB) Aralıq dənizi regionu üzrə nümayəndələr şurasının rəhbəri Rıza Perçin çıxış edib.

TÜRSAB təmsilçisi Türkiyənin “turizm paytaxtı”nda istirahətin qabaqcadan bronlaşdırılmasına yüksək tələbatın olduğuna diqqət çəkib.

Perçin deyib: “Avropa dövlətlərinin, o cümlədən Polşa və Böyük Britaniyanın sakinləri arasında Antalyaya marağın artması sevindiricidir. İnanırıq ki, 2024-cü il ölkəmizin turizm sektorunda rekord ilə çevriləcək”.

Onun sözlərinə görə, Antalyada istirahətə üstünlük verən dövlətlərin siyahısında Ukraynanın yerini Polşa tutmağa başlayıb. “Almaniya vətəndaşları arasında da Antalyada istirahətə tələbat yüksəkdir. Siyasi proseslərlə bağlı Rusiya Federasiyasından xüsusi turist axını gözləmirik, ancaq yenə də maydakı göstəricilərə ümid edirik”, - deyə Perçin bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti