...

Azərbaycanda abituriyentlərin 10 faizdən artığı ali məktəblərə buraxılmaya bilərlər

Cəmiyyət Materials 16 Avqust 2012 10:05 (UTC +04:00)
2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin təxminən 10 faizi hələ ixtisas seçimini aparmayıb.
Azərbaycanda abituriyentlərin 10 faizdən artığı ali məktəblərə buraxılmaya bilərlər

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 16 avqust /Trend, müxbir İ.İsabalayeva/

2012-2013-cü tədris ili üçün Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlərin təxminən 10 faizdən artığı hələ ixtisas seçimini aparmayıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə cümə axşamı Trend-ə bildirib ki, ixtisas seçimi bu gün saat 23:59-da başa çatacaq. Həmin vaxtadək ixtisas seçiminə buraxılmış bütün abituriyentlər ixtisas seçimi etməli və mütləq "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"ni təsdiqləməlidirlər. Ərizələrini təsdiqləməyən abituriyentlər müsabiqədə iştirak etmək hüququnu itirirlər.

İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə daxil edirlər.

Nağızadə bildirib ki, ixtisas seçimi etmək hüququ qazanan 40 min abituriyentin indiyədək 35 576-i abituriyent ixtisas seçimi ərizəsini təsdiq edib. Onların 30 950-I Azərbaycan, 4626-I rus bölməsi üzrədir. Ixtisas seçimi ərizələrini təsdiqlədən abituriyentlərin 10 787-i I, 11 445-i II, 9629-u III, 3715-I IV ixtisas qrupuna sənəd verib.

Xəbər lenti

Xəbər lenti