...

Ermənistan korrupsiyadan asılıdır - ekspert Riçard Kirakosyan

Nəzər nöqtəsi Materials 19 Sentyabr 2011 17:40 (UTC +04:00)
Ermənistanda müstəqilliyin 20 illiyinin genişmiqyaslı və təmtəraqlı şəkildə bayram edilməsinə hazırlığa baxmayaraq, ölkədə hələ də demokratik institutların yaradılması məsələsində irəliləyişə nail olunmayıb.
Ermənistan korrupsiyadan asılıdır - ekspert Riçard Kirakosyan

Azərbaycan, Bakı, 19 sentyabr /Trend, müxbir E.Tarıverdiyeva/

Ermənistanda müstəqilliyin 20 illiyinin genişmiqyaslı və təmtəraqlı şəkildə bayram edilməsinə hazırlığa baxmayaraq, ölkədə hələ də demokratik institutların yaradılması məsələsində irəliləyişə nail olunmayıb. Trend-in məlumatına görə, erməni ekspert, Regional Araşdırma Mərkəzinin rəhbəri, politoloq Riçard Kirakosyan belə hesab edir.

"Ermənistan həqiqətən də müstəqildir, lakin demokratiyadan asılı deyil", - Kirakosyan deyib. Xəbəri "Azadlıq Radiosu"nun erməni xidməti yayıb.

Kirakosyanın fikrincə, Ermənistan bu gün asılıdır və ölkə koppupsiyadan asılıdır. "Nə qədər təəccüblü səslənsə də, korrupsiya və oliqarxlardan məhz hökumət asılıdır. Ona görə ki, oliqarxlar xəzinəyə nə qədər vergi ödəməli olacaqlarını özləri həll edirlər", - analitik deyib.

Heç də az əhəmiyyətli olmayan çatızmazlıq kimi, Kirakosyan Ermənistanın öz müttəfiqi Rusiya ilə münasibətlərinin məzmununu qeyd edib.

"Ermənistan, ehtimal ki, dünyada öz ərazisində xarici hərbi bazanın yerləşdirilməsinə görə təkcə ödəniş edən deyil, həm də bunun üçün xərc çəkən yeganə ölkədir", - Kirakosyan deyib.

Ermənistan öz ərazisində, Gümrüdə Rusiya hərbi bazasının yerləşdirilməsinə görə vəsait ödəyir.

Politoloq Ermənistanın öz sərhədlərinin əhəmiyyətli hissəsinə nəzarət etməməsini daha bir çatışmazlıq hesab edir.

Kirakosyan hesab edir ki, müstəqil Ermənistanın yaşaması indiyədək sual altındadır, siyasi problemlərlə yanaşı, ölkə üçün nisbətən daha ciddi təhdidlər arasında iqtisadi problemlər də var.

Xəbər lenti

Xəbər lenti