...

Siyavuş Novruzov: Qız qaçırmanı insan oğurluğu ilə eyniləşdirmək düzgün deyil

Nəzər nöqtəsi Materials 23 May 2018 12:00 (UTC +04:00)
Qız qaçırmanı insan oğurluğu ilə eyniləşdirmək düzgün deyil.
Siyavuş Novruzov: Qız qaçırmanı insan oğurluğu ilə eyniləşdirmək düzgün deyil

Bakı. İlhamə İsabalayeva – Trend:

"Azərbaycanda adət-ənənələrə görə qız qaçırma var. Bəzən insan oğurluğu ilə qız qaçırmanı eyniləşdirirlər. Hesab edirəm ki, bu, düzgün münasibət deyil".

Trend-in məlumatına görə, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov “Azərbaycanda ailə modeli: müasirlik və dəyərlər” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, qızı zorla qaçırdıqda hansısa tədbir görmək olar: “Qız zorla qaçırıldıqda bunun üçün bir variant tapmaq olar, amma insan oğurluğu ilə qız qaçırmanı eyniləşdirmək düzgün deyil. İnsan oğurluğu tamah məqsədilə edilir”.

S.Novruzov əlavə edib ki, bu gün vətəndaşlar arasında bağlanan dini nikah onlar arasındakı nikahın daha da möhkəmlənməsinə xidmət etməlidir:

“Bu, bir mənəvi dəstəkdir. Gələcəkdə mütləq bir addım atmalıyıq ki, tərəflər arasında nikah müqavilələri də bağlansın. Mülkiyyət münasibətləri, ailmentin verilməməsi, uşaqların valideynlərə göstərilməməsi ilə bağlı rəsmi qurumlara müraciətlər, şikayətlər edilir. Buna görə də nikah müqavilələri bağlanmalıdır. Bəzən görürsən ki, gəlini gətirirlər və onu evdə qeydiyyata salmırlar ki, birdən sabah əmlaka iddiaçı olar. Bu baxımdan nikahdan əvvəl nikah müqavilələrinin bağlanması çox düzgündür”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti