...

Deputat: Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır

Nəzər nöqtəsi Materials 8 Oktyabr 2019 12:34 (UTC +04:00)
Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır.
Deputat: Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır

Trend-i buradan izləyin

Bakı. İlhamə İsabalayeva - Trend:

Əli Əsədovun yeni Baş Nazir vəzifəsinə təyin edilməsi yerində verilən qərardır.

Trend-in məlumatına görə, bunu Milli Məclisin deputatı Hikmət Məmmədov parlamentin bu gün keçirilən pelnar iclasında çıxış edərkən deyib.

Azərbaycan iqtisadiyyatının uğurlu inkişaf yolu keçdiyini deyən deputat söyləyib ki, hazırkı mərhələdə inkişaf yeni perspektivlər yaradır. H.Məmmədov söyləyib ki, bu perspektivlərin və iqtisadiyyatda daha dərin islahatların həyata keçirilməsi üçün dəyişikliyə ehtiyac var idi:

“Hesab edirəm ki, Əli Əsədov bu fəaliyyətin öhdəsindən layiqincə gələcək. Çünki o, mühüm ideyaların realizə edilməsində xüsusi rola malikdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti