...

Türkiyəli Baş redaktor: Bakıda Türk Şurasının sammiti əməkdaşlıq üçün yeni imkanlar yaradacaq

Nəzər nöqtəsi Materials 15 Oktyabr 2019 10:16 (UTC +04:00)
Bakıda Türk Şurasının sammiti türkdilli ölkələr arasındakı əməkdaşlıqda yeni imkanlar yaradacaq
Türkiyəli Baş redaktor: Bakıda Türk Şurasının sammiti əməkdaşlıq üçün yeni imkanlar yaradacaq

Bakı. Rufiz Hafizoğlu - Trend:

Bakıda Türk Şurasının sammiti türkdilli ölkələr arasındakı əməkdaşlıqda yeni imkanlar yaradacaq.

Bunu Trend-ə Türkiyənin “Bölgepostası” qəzetinin baş redaktoru Ufuk Coşkun deyib.

O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Azərbaycana səfəri ərəfəsində bu sammitin vacibliyini vurğulayıb və tarixə daxil olacağını deyib.

U.Coşkunun sözlərinə görə, türkdilli ölkələr tərəfindən yaradılmış ittifaq hər gün daha da inkişaf edəcək və getdikcə daha çox sahələri əhatə edəcək, həmçinin, regionda sabitliyin təmin olunması işində vacib rol oynayacaq: “Əks halda, Türk - İslam dünyası həmişə xaricdən təhdidlərə məruz qalacaq”.

Baş redaktor Türk Şurasının yaradılmasında Türkiyə və Azərbaycanın vacib rolunu qeyd edib: “Azərbaycan müstəqilliyinin ilk günündən Türkiyəni dəstəkləyib və hər zaman qardaşlıq mövqeyi nümayiş etdirib”.

Qeyd edək ki, bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilir. Zirvə Görüşü türkdilli ölkələrin liderlərinin iştirakı ilə keçiriləcək.

İlk dəfə olaraq Özbəkistan da Türk Şurasının tamhüquqlu üzvü kimi iclasda iştirak edir. Bundan başqa, Macarıstanın Baş Naziri Viktor Orban da Zirvə Görüşündə iştirak edəcək.

Ötən gün isə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti