...

Belçikanı "Eurovision 2012" müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub

Eurovision-2012 Materials 18 Noyabr 2011 17:37 (UTC +04:00)
Belçikanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub.
Belçikanı "Eurovision 2012" müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub

Azərbaycan, Bakı, 18 noyabr /Trend, müxbir E.Mehdiyev/

Belçikanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edəcək iştirakçı məlum olub.

Trend-in cümə günü "Eurovision 2012"-nin rəsmi saytına istinadən yaydığı məlumata görə, Belçikanın VRT televizya kanalı ölkəni "Eurovision 2012" mahnı müsabiqəsində Laura van den Bruelin (aka İris) təmsil edəcəyini elan edib.

Əslən Belçikanın Herentals şəhərindən olan 16 yaşlı Bruel indiyə qədər Belçikanı təmsil etmək üçün VRT tərəfindən seçilən ən gənc müğənnidir. Hazırda onun "Wonderful" mahnısı artıq beş həftədir ki, Belçika pop musiqisində liderlik edir.

Kanalın nümayəndəsi Byörn Verdut bildirib ki, İris üçün mahnı yazmaq məqsədilə VRT bir neçə bəstəkara müraciət edəcək. Növbəti beş ay isə onun dünyanın ən möhtəşəm müsabiqəsinə hazırlığına sərf ediləcək.

Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Eurovision 2011" müsabiqəsinin qalibi olub.

56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms-səsvermə və professional juri seçimi nəticəsində "Eurovision 2011"-in qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared"). Bununla da Azərbaycan "Eurovision 2012" müsabiqəsini keçirmək hüququnu qazanıb.

Müsabiqənin yarımfinalı 2012-ci il mayın 22 və 24-də, final isə mayın 26-da Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti