...

Səbinə Babayeva: Alim Qasımovun səsinin vurğunuyam (FOTO)

Eurovision-2012 Materials 16 May 2012 13:50 (UTC +04:00)
Mən Alim Qasımovun istedadının, səsinin vurğunuyam.
Səbinə Babayeva: Alim Qasımovun səsinin vurğunuyam (FOTO)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbir M.Əliyev/

Mən Alim Qasımovun istedadının, səsinin vurğunuyam. Trend-in məlumatına görə, bunu "Eurovision 2012"-də Azərbaycanın təmsilçisi Səbinə Babayeva çərşənbə günü keçirilən mətbuat konfransında deyib. O bildirib ki, Alim Qasımovla məşqlərə sabahdan başlayacaq.

"Bu il biz bir daha təsdiq etməliyik ki, Azərbaycanda istedadlı, güclü müğənnilər var", - Babayeva deyib.

Müsabiqədə 13 rəqəmi altında çıxış edəcəyini qeyd edən Babayeva bu rəqəmin onun üçün düşərli olduğunu bildirib.

Müğənni deyib ki, yarışmada Alim Qasımovla birgə çıxış edəcək.

Babayeva səhnə geyimi barədə açıqlama vermək istəməyib, lakin bildirib ki, tamaşaçıları möhtəşəm sürpriz gözləyir.

Mətbuat konfransında, həmçinin Azərbaycanın "Eurovisoin-2012" müsabiqəsindəki "When the music die" mahnısının etno-versiyası tədqim olunub.

Xəbər lenti

Xəbər lenti