...

Daha bir ölkənin "Eurovision" təmsilçisi ad gününü Bakıda qeyd edəcək (FOTO)

Eurovision-2012 Materials 16 May 2012 18:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Estoniyanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil edən Ott Lepland sabah ad gününü Bakıda qeyd edəcək.

Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda ilk məşqindən sonra keçirdiyi mətbuat konfransında Ott Lepland ad gününü Bakıda keçirəcəyinə çox sevindiyini deyib.

Bakıya birinci dəfə səfər etdiyini deyən müğənni Azərbaycanın çox gözəl bir ölkə olduğunu diqqətə çatdırıb. Lepland sabah Bakı Caz Mərkəzinin səhnəsində konsertlə çıxış edəcəyini də vurğulayıb.

Müğənni "Eurovision" mahnı müsabiqəsinin son 10 il ərzində çox dəyişdiyini, indi müsabiqədə daha çox ölkələrin iştirak etdiyini deyib. O, birinci dəfə belə böyük yarışmada iştirak etdiyini bildirərək bir qədər həyəcanlı olduğunu deyib.

Xəbər lenti

Xəbər lenti