...

Canəli Əkbərov: "Eurovision 2012" çiçəklənən Azərbaycana növbəti çiçək bəxş edəcək

Eurovision-2012 Materials 17 May 2012 17:25 (UTC +04:00)
"Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi həm iqtisadi, həm də mədəni baxımdan çiçəklənən Azərbaycana növbəti çiçək bəxş edəcək.
Canəli Əkbərov: "Eurovision 2012" çiçəklənən Azərbaycana növbəti çiçək bəxş edəcək

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir M.Əliyev/

"Eurovision 2012" mahnı müsabiqəsinin Bakıda keçirilməsi həm iqtisadi, həm də mədəni baxımdan çiçəklənən Azərbaycana növbəti çiçək bəxş edəcək. Bunu cümə axşamı Trend-ə xanəndə, xalq artisti Canəli Əkbərov bildirib.

Xanəndə "Eurovision" kimi tarixi hadisənin Azərbaycanda yer almasının olduqca sevindirici olduğunu vurğulayıb.

Onun sözlərinə görə, dünyanın bir çox yerindən Azərbaycana qonaqlar gələcək.

"Eurovision 2012" Azərbaycana həm siyasi, həm də mənəvi baxımdan şöhrət qazandıracaq", - Əkbərov qeyd edib.

O bildirib ki, müsabiqə Azərbaycanın mədəniyyəti, ziyalılığı və süfrəsinin şöhrətini dünyaya yayacaq.

Xəbər lenti

Xəbər lenti