Qazaxıstan, Astana, 17 may /Trend, müxbir D.Muxtarov/
Qazaxıstanın "El Arna" telekanalı "Eurovision 2012" mahnı müsabiqəsini canlı yayımlayacaq. Bu barədə Trend cümə axşamı telekanalın mətbuat xidmətinə istinadən məlumat verir.
Qazaxıstan tamaşaçıları üçün "Eurovision" müsabiqəsini tanınmış musiqi ekspertləri və radio aparıcıları Nurberqen Mahambetov və Kaldıbek Jaysanbay şərh edəcəklər.