...

Macarıstanın "Eurovision" təmsilçiləri Bakıya yenə gəlmək istəyirlər (FOTO)

Eurovision-2012 Materials 19 May 2012 13:26 (UTC +04:00)
Macarıstanı "Eurovision 2012"-də təmsil edən "Compact Disco" qrupunun üzvləri gələcəkdə yenidən Bakıya səfər etmək niyyətindədirlər.
Macarıstanın "Eurovision" təmsilçiləri Bakıya yenə gəlmək istəyirlər (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend, müxbirlər E.Mehdiyev, V.İmanov/

Macarıstanı "Eurovision 2012"-də təmsil edən "Compact Disco" qrupunun üzvləri gələcəkdə yenidən Bakıya səfər etmək niyyətindədirlər.

"Bu bizim Azərbaycana ilk səfərimizdir, lakin ümid edirik ki, sonuncu deyil. Çünki biz burada çox gözəl vaxt keçirdik və bunu təkrar etmək istəyirik", - qrupun üzvləri Trend-ə verdikləri müsahibədə deyiblər.

Onların sözlərinə görə, Azərbaycanda insanlar çox mehriban, qonaqpərvər və çox xeyirxahdırlar. "Bakı çox gözəl şəhərdir, lakin o hələ də dəyişir, tikinti aparılır", - onlar deyiblər.

Qrup iştirakçıları çox bəyəndikləri köhnə Bakıya - İçərişəhərə kiçik ekskursiyadan zövq aldıqlarını qeyd ediblər. Və Heydər Əliyev Fondunun binası, Flame Towers Baku və Dənizkənarı Bulvar da onların çox xoşuna gəlib.

Təmsilçilərin sözlərinə görə, bu gözəllik onları növbəti mahnı üçün Bakıda klip çəkdirməyə vadar edib. "Bizim bir neçə gün boş vaxtımız olan kimi şəhəri gəzirik və videoçəkiliş aparırıq", - "Compact Disco" qrupunun üzvləri bildiriblər.

Macarıstan və Azərbaycan xalqları arasında oxşarlığa gəlincə, onların sözlərinə görə, hər iki xalq gözəldir və çox qonaqpərvərdir. Bundan başqa, bəzi kulinariya meyillərində oxşarlıq var.

"Eurovision" müsabiqəsinin yarımfinal və final mərhələlərinin keçiriləcəyi "Bakı Kristal Zalı"ndan danışan müğənnilər onlar üçün yaradılan şəraiti mükəmməl adlandırıblar.

"Biz səhnəyə ilk dəfə çıxanda təəccübləndik. "Bakı Kristal Zalı" kənardan da möhtəşəm görünür", - onlar deyiblər.

Müsabiqənin favoritləri ilə bağlı sualı cavblandıran qrup iştirakçıları bir çox təmsilçiləri bəyəndiklərini qeyd ediblər.

"Eurovision"un azərbaycanlı iştirakçısı Səbinə Babayeva və onun mahnısı xoşumuza gəlir. Həmçinin, Slovakiya, İsveçrə, Danimarka və Gürcüstandan olan iştirakçıları bəyənirik", - onlar deyiblər.

Xəbər lenti

Xəbər lenti