...

Təbəbə təşkilatının sədri: " Tələbələr Əhmədinejada ölüm şüarı ilə diktaruranın məhv olmasını tələb edirlər"

Dünya xəbərləri Materials 8 Oktyabr 2007 19:36 (UTC +04:00)
Təbəbə təşkilatının sədri: " Tələbələr Əhmədinejada ölüm şüarı ilə diktaruranın məhv olmasını tələb edirlər"

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ Tələbələrin İran prezidentinin Tehran universitetinə gəlməsinə etiraz aksiyaları, bir daha demokratiya uğrunda tələbə hərəkatının IIR-də dirçəlişinin göstəricisidir. "Tələbələr Əhmədinejada ölüm şüarı ilə diktaruranın məhv olmasını tələb edirlət" -deyə, İran tələbələri hərəkatının sədri Nəvid Minayi (Navid Minaee) bildirib.

İran prezidenti Mahmud Əhmədinejad oktyabrın 8-də yeni tədris ilinin başlanması münasibəti ilə Tehran universitetində çıxış edərkən, tələbələr ölkədə söz azaldığının olmaması və yoxsulluğun artması ilə əlaqədar etiraz aksiyası keçiriblər.

İsveçdə fəaliyyət göstərən İranlı Fəal Tələbələr Təşkilatının sədri Nəvid Minayi bazar ertəsi telefonla Trend ə bildirib ki, tələbələr Əhmədinejada qarşı "Ölüm olsun faşistə", "Ölüm olsun diktatura" və "Məhbus tələbələrə azadlıq" şüarlarıyla aksiya keçiriblər.

"Otkyabrın 7-dən indiyədək Tehran universitetində güclü nəzarət və repressiyalar həyəta keçirilib. Tələbələrin şəxsiyyət vəsiqələri və kimliyi yoxlanılıb. Bundan əlavə, hakimiyyət, tələbələrin Əhmədinejadın çıxış etdiyi "əllamə Əmini" amfiteatrında iştirakına mane olub. Bu halda, mindən artıq tələbə universitetdə etiraz aksiyası keçirib"- deyə, Minayi bildirib.

Tələbə təşkilatının sədri qeyd edib ki, aksiya keçirənlər ölkədə yoxsulluğun, fəlakətin və repressiyaların artdığı, həmçinin, fəal tələbələrin əksəriyyətinin universitetdən çıxarılması, həbsə alınması və işgəncə olunmasına etiraz edib. "İranın xəfiyyə məmurları Politexnik və Əmirkəbir universitetlərində gözyaşardıcı silahlarla aksiyanı dağıtmağa çalışarkən, bir neçə tələbə yaralanıb. Hakimiyyət tərəfdarı olan "Bəsic" təşkilatının tələbələri aksiya keçirilən yerlərdə namaz qılmağa toplaşaraq, etiraz edən tələbələrin bir daha toplaşmasına mane olublar.

"Təhkim-Vəhdət" adına İranda ən böyük tələbə təşkilatının sədri Məhəmməd Haşimi isə, açıq məktubla prezidentə müraciət edərək, Əhəmədinejadın prezidentlik dövründə 550 fəal tələbənin tutulması, 130 tələbə nəşriyyatının bağlanması və "Təhkim-Vəhdət" təşkilatının ofisinin möhürlənməsinə etiraz edərək, Əhmədinejaddan Klombiya universitetindəki kimi, açıq konfrans keçirməyi tələb edib. İran prezidenti açıq konfransdan rəsmən imtina etməsə də, hələlik razılığını bildirməyib.

Xəbər lenti

Xəbər lenti