...

İranda 12 nəfər edam olunub

Dünya xəbərləri Materials 18 Oktyabr 2007 14:30 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir D.Xatınoğlu/ İranın Cinayət Işləri Üzrə Hökm Icrası idarəsinin sədri İsmətullah Caberinin verdiyi məlumata əsasən, oktyabrın 17-də İranda 12 nəfər edam olunub.

İranın "Cam-cəm" agentliyinin məlumatına əsasən, Caberi bildirib ki, ölkənin təhlükəsizliyini qorumaq məqsədi ilə, edam olunanlardan doqquzu qəsdən adam öldurmə, 3-ü isə "dələduzluqda" təqsirli bilinmişlər. Edam olunanların biri qadın olub.

"İranpressnews" agentliyin məlumatına əsasən, edam olunanların ikisi Kürdüstan Demokrat Partiyasının üzvü və siyasi fəallarıdır.

Dünya hüquq müdafiəsi təşkilatları oktyabrın 10-da dünyanın 12 ölkəsində İranda edamlara qarşı aksiya keçirib. Oktyabrın 17-də BMT-nin Insan Haqları Şurası və Amnesty İnternational İranda edam əleyhinə hüquq müdafiəçisi Emadəddin Baqinin həğsinə etiraz edib. Məhbusları Müdafiə Komitənsiin sədri E.Baqi İran hakimiyyəti tərəfindən "Milli təhlükəsizliyi pozmaq" və "Məxfi informasiyaları xarici agentliklərə yaymaq" ittihamı ilə, oktyabrın 14-də həbsə salıb.

Xəbər lenti

Xəbər lenti