...

İran İslam Respublikası Şurası Məclisinin sədri Gəncəyə səfər etdi

Dünya xəbərləri Materials 24 Noyabr 2007 21:57 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbiri V.Məmmədov/ "Şerləri ilə fars ədəbiyyatına zənginlik gətirən Nizami Gəncəvinin məzarını ziyarət etməklə ürəyimdə olan ən böyük arzunu həyata keçirdim", - bunu İran İslam Respublikası Şurası Məclisinin sədri Qulaməli Həddat Adil bu gün Gəncəyə səfəri zamanı bildirdi. Onu Gəncə hava limanında şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və digər rəsmi şəxslər qarşıladılar. Əvvəlcə qonaq Şah Abbas Came məsçidinə gelərək orada namaz qıldı. Sonra şəhər İcra Hakimiyyəti başçısı ilə görüş keçirildi. Qonaq Nizami Gəncəvinin məzarını ziyarətdən sonra Gəncə darvazaları ilə də tanış oldu.

Qeyd edək ki, İran İslam Respublikası Şurası Məclisinin sədrini Azərbaycan Milli Məclis sədrinin müavini Ziyafət Əskərov, Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin İranın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri və bir neçə millət vəkili müşayət etdilər.

Xəbər lenti

Xəbər lenti