...

Yanvarın 5-də keçiriləcək seçkilər Avropa və Gürcüstan tarixində ən yaxşı seçkilər olmalıdır - Matias Yorş

Dünya xəbərləri Materials 5 Dekabr 2007 12:00 (UTC +04:00)

Gürcüstan, Tbilisi/ Trend , müxbir N.Kirtsxalia/ Yanvarın 5-də keçiriləcək seçkilər Avropa və Gürcüstan tarixində ən yaxşı seçkilər olmalıdır. Bu barədə çərşənbə günü səhər Tbilisiyə səfər edən AŞPA-nın Müşahidəçilər Komitəsinin nümayəndə heyətinin rəhbəri Matias Yorş bildirib. Dekabrın 8-ə qədər davam edəcək səfər çərçivəsində nümayəndə heyətinin pezident əvəzedicisi, həmçinin müxalifət, parlament və MSK nümayəndələri ilə görüşü planlaşdırılıb. Səfərin sonuncu günündə mətbuat konfransı keçiriləcək.

"Biz prezident seçkilərində iştirak edən bütün siyasi partiyalar ilə tanışı olmaq niyyətindəyik" - deyə Yorş qeyd edib. O bildirib ki, seçkilərə hazırlıq dövrü çox əhəmiyyətlidir, belə ki, bu seçkilər noyabrın 7-də baş verən hadisələr nəticəsində təyin olunub.

Yorş "İmedi" telekanalının açılması ilə bağlı hakimiyyətin bəyanatını alqışlayıb. "Bu cox mühüm qərardır, belə ki, müxalifətin KİV hüqüqları təmir olunur" - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti