...

Azərbaycan sülhməramlı səfirlərləri Yaxın Şərq Azərbaycanlıları Konqresi nümayyəndələri ilə görüş keçirib

Dünya xəbərləri Materials 9 Dekabr 2007 20:00 (UTC +04:00)
Azərbaycan sülhməramlı səfirlərləri Yaxın Şərq Azərbaycanlıları Konqresi nümayyəndələri ilə görüş keçirib

Israil, Quds / Trend muxbir R.Abdullayev/ İsraildə keçirilən "Yaxın Şərqdə sülh" dinarası sammitində iştirak edən Azərbaycan sülhməramlı səfirlər nümayyəndə heyyətinin üzvləri Millət vəkili Həvva Məmmədova və "Kür-Xəzər" xeyriyyə cəmiyyətinin sədri, tibbi elmlər namizədi Akif Kərimov Yaxın Şərq Azərbəycanlıları Konqresi, Türkiyə və Gürcüstanın İsraildə olan diplomatik missiyaların nümayyəndələri ilə görüş keçiriblər.

Görüş zamanı H.Məmmədova bəyan edib ki, "Ermənistan bütün beynəlxalq hüquq normaları və prinsiplərini pozur". "Ermənistan BMT-nın Təhlükəsizlik Şurasının dörd yətnaməsinə etinasızlıq göstərir. Ermənistanın təcəvüzü nəticəsində Azərbaycanın 20% torpaqları işğal altındadır. Ermənlər Dağlıq Qarabağda və ətraf ərazilərdə etnik təmizləmə siyasətini aparıb, nəticədə bir milyondan artıq azərbaycanlı qaçkın və məcburi köçkün olmuşdur. Azərbaycanın ərazi bütövlüyü BMT və bütün beynəlxalq aləm tərəfindən tanınılıb", - H.Məmmədova deyib.

Yaxın Şərq Azərbaycanlıları Konqresinin prezidenti Aleks Şapiro-Suliman təşkilatın məqsədləri və vəzifələri naqqında məlumat verdi. O, Türkiyə və Gürcüstan səfirlərinin himayəsini qeyd etdi. O həmçinin bildirdi ki dekabr ayının sonuna kimi Azərbaycan Mədəniyyət Mərkəzi yaradılacaq. Mərkəz əsan məqsədini dilin, öz bənzəri olmayan mədəniyyətini, milli ənənələrinin inkişafında, Milli kitabxananın yaradılmasında görür. Habelə beynəlxalq cəmiyyətə Azərbaycan haqqında, Ermənistan işğalçı siyasəti haqqında məlumat çatdırmaq, Mərkəzin vəzifəsindən biridir.

A.Kərimov görüşdə geyd etdi ki, o azərbaycanlıların İsrailin ictimayı-siyasi həyatında oynadıqları roldan qürür hisləri keçirir. "Güclü Azərbaycan dövləti dünyada yaşayan azərbaycanlılarını daha da möhkəmləndirir və birləşdirir. Eyni zamanda dünyada yaşayan azərbaycanlılar bizə dayaqdır", - deyə A.Kərimov vurğuladı.

Türkiyənin İsraildəki səfiri Namiq Tan Yaxın Şərq Azərbaycanlıları Konqresinin fəalliyyətini yuksək qiymətləndirdi. O, Türkiyə və Azərbaycan diasporalarının bütün dünyada birqə, əl-ələ işləyərək öz ölkələrinin mənafeylərini müdafiyyə etmələrini geyd etdi.

Gürcüstanın İsraildəki səfiri Laja Jvaniya qeyd etdiki Yaxın Şərq Azərbaycanlıları Konqresi qısa bir zamanda Azərbaycan, Türkiyə, Gürcüstan və İsrailin maraqlarını birləşdirə bilib. "İsrail üçün Azərbaycan çox vacib bir ölkədir, o həm müsəlman, həm də dünyəvi ölkədir, proqressiv və demokratikdir. Mən hesab edirəm ki İsrailin Azərbaycan simasında yaxşı bir dostu var", - gürcü diplomatı dedi.

Xəbər lenti

Xəbər lenti