...

Əfqanıstan ordusu "Musa Qala" məntəqəsini Taliblərdən azad edib

Dünya xəbərləri Materials 10 Dekabr 2007 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / " Əl-Cəzirə " tele-kanalının Əfqanıstan müdafiə nazirliyinə istinadən verdiyi xəbərə görə, ötən ilin fevral ayından "Taliban" hərəkatının nəzarətində olan "Mussa Qala" məntəqəsini Əfqan ordusu azad edib . "Associated Press" Əfqanıstan Müdafiə Nazirliyinin mətbuat katibi general Məhəmməd Zahir Əzimiyə istinadən, keçirilən əməliyyatlarda Əfqan orlusu ilə birgə Britaniya və Amerika ordularının da iştirak etdiyini qeyd edib.General Zahirinin adı çəkilən mənbəyə verdiyi məlumata görə, Taliblər ciddi itkilər verərək, "Musa Qala" məntəqəsini tərk ediblər.

Qeyd etmək lazımdır ki, "Musa Qala" məntəqəsini Britaniya qüvvələri qoruyurdu. Ötən ilin fevral ayında Taliblər hücumla məntəqəni ələ keçirmişdilər.

Xəbər lenti

Xəbər lenti