...

BMT Əlcəzairdə baş verən terror aktlarını pisləyib

Dünya xəbərləri Materials 12 Dekabr 2007 10:59 (UTC +04:00)

Azərbaycan, Bakı Trend müxbir İ.Əlizadə/ BMT-nin İnkişaf Proqramı Əlcəzairdə baş verən terror aktlarını pisləyib. "BMT-nin İnkişaf Proqramı bu qeyri-insani hücumu ən kəskin şəkildə pisləyir. Ekstremistlərin insan həyatına, onun müqəddəsliyinə qəsd etmələri, hadisənin qurbanları arasında humanitar işçilərin olması təhqiredici faktdır", -deyə BMT-nin İnkişaf Proqramının rəhbəri Kamal Dərviş bildirib.

Dünən Əlcəzairdə bir-birinin ardınca törədilən iki terror aktında 26 nəfər ölüb, 41 nəfər isə yaralınıb. Beynəlxalq terror şəbəkəsi olan "Əl-Qaidə" təşkilatı terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Dərviş qeyd edib ki, BMT-nin İnkişaf Proqramı BMT ofisinin vaciəli sürətdə partladılmasından ağır sarsıntı keçirir.

Xəbər lenti

Xəbər lenti