...

Gürcüstanın Mərkəzi Seçki Komissiyası seçicilərin barmaq izlərinin nişanlanması üçün 7 şüşə qab rəngsiz maye əldə edib

Dünya xəbərləri Materials 2 Yanvar 2008 14:36 (UTC +04:00)

İTAR-TASS-ın məlumatında bildirilir ki, Gürcüstanın Mərkəzi Seçki Komissiyası yanvarın 5-də keçiriləcək prezident seçkilərində seçicilərin barmaq izlərinin nişananması üçün 7 şüşə qab rəngsiz maye əldə edib. Komissiyadan bu gün verilən məlumata görə, "bu maye Kanadada istehsal olunub, sağlamlıq üçün heç bir təhlükə doğurmur, Beynəlxalq Səhiyyə Təşkilatı tərəfindən təsdiq olunub, heç bir Dinin ehkamlarına zidd deyil, bu mayen bütün dünyada seçkilər zamanı seçicilərin barmaq izlərinin nişanlanması üçün istifadə olunur. MSK-dan onu da bildiriblər ki, seçicilərin barmaq izlərinin nişanlanması "səsvermə zamanı qanun pozuntusunun qarşısını almaq üçün təcrübədən keçirilmiş üsullardan biridir". Maye ölkənin bütün seçki məntəqələrində və ölkənin xaricindəki seçki məntəqələrinə paylanacaq. Hazırda Gürcüstan ərazisində 3 655 seçki məntəqəsi, 33 ölkədə isə 44 məntəqə yaradılıb.

MSK-nın məlumatında həmçinin bildirilir ki, seçicinin barmaqların nişanlanması prosedurunu keçməsini yoxlaman üçün 3,8 min detektor əldə olunub ki, bir seçicinin tərkrar səsverməsi hallarının qarşısı alınsın.    

Xəbər lenti

Xəbər lenti