...

Dövlət naziri müxalifəti seçki günü seçki məntəqələrində tərəfdarları səfərbər etməklə provakasiya üçün şərait yaratmamağa çağırıb

Dünya xəbərləri Materials 2 Yanvar 2008 16:26 (UTC +04:00)
Dövlət naziri müxalifəti seçki günü seçki məntəqələrində tərəfdarları səfərbər etməklə provakasiya üçün şərait yaratmamağa çağırıb

Gürcüstan, Tbilisi / Trend müxbir N. Kirtsxaliya/ Prezidentliyə namizəd Mixail Saakaşvilinin seçki qərargahının spikeri, dövlət naziri David Bakradze müxalifəti yanvarın 5-də seçki günündə öz fəallarını seçki məntəqələrində səfərbər etməkdən çəkinməyə çağırıb. Dövlət naziri bu gün keçirilən brifinqdə bildirib ki, bu seçkilərin gedişatına gərginlik gətirə bilər. "Müxalifətin öz fəallarını səfərbər etmək çağırışları ağılsız bir addımdır, belə ki, şəffaf seçkilərin keçirilməsi artıq görülmüş tədbirlərlə təmin olunub. Hər bir məntəqədə müxalifət partiyaları, MSK rəhbərliyi, prezidentliyə namizədlərin nümayəndələri, beynəlxalq və Gürcüstandan olan jurnalistlər təmsi olunacaq və bu düzgün seçkilərin keçirilməsi üçün kifayətdir" - deyə dövlət naziri qeyd edib.

Bakradze qeyd edib ki, müxalifət tərəfindən bedə bir qərarın qəbul olunduğu təqdirdə bu ciddi risklərə və sabitliyin pozulmasına səbəb ola bilər. "İnsanlar sərbəst şəkildə səs vermək istəyir, lakin siyasi cəhətən dəvət olunmuş insanlar seçicilərdə diskomfort yaradır, həm də məntəqlərdə müxtəlif siyasi yönümlü insanların olması provakasiyaya gətirib çıxara bilər" - deyə dövlət naziri bildirib. Saakaşvilinin seçki heyətinin spikeri bütün müxalifət partiyalarına "Oyunun qaydaları"nın hazırlanması üçün görüş keçirməyi təklif edib ki, bunun çərçivəsində bütün siyasi qüvvələr fəaliyyət göstərəcək, gərginlikdən qaçmağa imkan verəcək.

Xəbər lenti

Xəbər lenti