...

Gürcüstanın "Yeni sağları" ekzitpolun nəticələrini "fırıldaqçılıq" adlandırdılar

Dünya xəbərləri Materials 7 Yanvar 2008 04:20 (UTC +04:00)

Gürcüstan, Tbilisi / müxbir Trend N.Kirçxalia / Gürcüstanda keçirilən prezident seçkilərinə dair ekzitpolun nəticələri əvvəlcədən planlaşdırılmışdı və "fırıldaqçılıq" hesab olunur. Bu barədə "Trendə" "Yeni sağları" prezidentliyə namizəd seçki qəragahının üzvü Pikriə Çixradze məlumat verib.

Onun sözlərinə görə, seçkilər əvvəlcədən planlaşdırılmışdır. Ekzitpolun nəticələrinin dərc olunması bir məqsədə qulluq edirdi - cəmiyyətdə düzgün rəyin formalaşmamasına.

4 gürcü telekanalı "Mze", "Rustvai-2", "Birinci kanal" və Adjariyanın kanalı göstərdilər ki, 53% Mixail Saakaşvili qalib gəlir. Onun əsas rəqibi olan Levan Qeçeçiladze 28% səs yığıb.

Müxalifət artıq ekzitpola öz etirazını bildirib və 14:00 Tbilisidə Rike meydanında etiraz aksiyasını keçirəcək. Hal hazırda Tbilisidə -2 dərəcə şaxta var və yolları buz bağlayıb. Yalnız metropoliten xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti