...

İsrailin müdafiə naziri Türkiyədə hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzaikrə edəcək

Dünya xəbərləri Materials 9 Fevral 2008 11:45 (UTC +04:00)
İsrailin müdafiə naziri Türkiyədə hərbi və hərbi-texniki əməkdaşlıq məsələlərini müzaikrə edəcək

İsrail, Qüds, 09 fevral / Trend , müxbir R.Abdullayev/ İsrail baş nazirinin müavini və müdafi naziri Exud Barakın Türkiyəyə rəsmi səfəri zamanı hərbi və hərbi-texniki əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək. Səfər fevralın 15-18-nə nəzərdə tutulub. Bu barədə Trend ə şənbə günü Türkiyənin İsraildəki səfiri Namik Tan məlumat verib.

Diplomat bildirib ki, İsrailin müdafiə idarəsinin rəhbəri prezident Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, müdafiə naziri Vecdi Könül, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaşar Böyükanıt, xarici işlər naziri Əli Babacan daxil olmaqla Türkiyənin siyasi və hərbi elitası ilə görüşlər keçirəcək.

Tan İsrail müdafiə nazirinin səfərinin hərbi və hərbi-texniki sahədə ikitərəfli münasibətlərin inkişafı və möhkəmlənməsinə xidmət edəcəyinə ümid etdiyi bildirib.

"Türkiyə üçün İsrail regionda yüksək dərəcədə mühüm strateji ölkə və etibarlı tərəfdaşdır" - deyə səfir Tan vurğulayıb.

İsrail ekspertləri qeyd edirlər ki, Ankaradakı danışıqların diqqət mərkəzində təhlükəsizlik və terrorizmlə mübarizə sahəsində Qüds və Ankara siyasətinin koordinasiya məsələləri olacaq. Bunlarla yanaşı, İsrailin İranın nüvə proqrammı ilə bağlı dərin təşvişi və nigarançılığı müzakirə olunacaq. Məlum olduğu kimi, rəsmi Qüds İrana və onun nüvə ambisiyasına milli təhlükəsizlik baxımından real təhlükə kimi baxır və Türkiyənin bu problemin həlli və Yaxın Şərqdə sülhün bərqərar olmasında mühüm rol oynayacağına ümid edir.

Barakın səfər zamanı Türkiyənin hərbi və siyasi rəhbərlik nümayəndələri ilə Misir və Qəzza sərhədindəki vəziyyət, HƏMAS hərəkatının İsrail ərzilərinə davam edən raket zərbələri, Qəzza sektoruna münasibətdə hərbi fəaliyyət və iqtisadi sanksiyalar barədə məsələləri müzakirə edəcəyi ehtimal olunur.

Xəbər lenti

Xəbər lenti