...

Kosovo BMT qəbul edilməzdən əvvəl Avropa İttifaqının üzvü ola bilər – İsveç XİN başçısı

Dünya xəbərləri Materials 10 Mart 2008 04:58 (UTC +04:00)
Kosovo BMT qəbul edilməzdən əvvəl Avropa İttifaqının üzvü ola bilər – İsveç XİN başçısı

İsveçin Xarici işlər nazirliyinin başçısı Karl Bildt hesab edir ki, Kosovo BMT qəbul edilməzdən əvvəl Avropa İttifaqının (Aİ) üzvü ola bilər. Nazir, öz bəyanatını, Aİ qoşulmaq barədə danışıqlara başlamazdan əvvəl, 2002-ci ildə BMT qəbuledilmiş, İsveçrəni nümünə götürərək əsaslandırmışdır.

Kosovoya iki günlük səfərini başa vuran K.Bildt bildirdi ki, müstəqilliyini yeni elan etmiş dövlət yaxın prespektivdə Rusiyanın, Çinin və digər dövlətlərin tanımasına ümid edə bilməz.

Kosovo parlamenti 17 fevral elan olunmuş müstəqillik barədə deklarasiyanı ratifikasiya etmişdir. Kosovonun müstəqilliyini İsveç, Almaniya, Fransa, Latviya, Estoniya, Norveç, Sloveniya, Böyük Britaniya, İtaliya, Polşa, Əfqanıstan, Avstraliya, ABŞ və Türkiyə tanımışdılar. Lakin, Rusiya və bir sıra ölkələr hesab edirlər ki, yeni elan olunmuş dövlətin statusunu yalnız BMT-nın Təhlükəsizlik Şurası müəyyən edə bilər. RBK xəbər verir.

Xəbər lenti

Xəbər lenti