...

Yerevan və Ankara arasında yaxınlaşma başlayıb ї Türkiyə mətbuatı

Dünya xəbərləri Materials 29 İyun 2008 14:32 (UTC +04:00)

Türkiyə, Ankara, 29 iyun / Trend müxbir T.Əliyev/ Türkiyə mətbuatında Serj Sarkisyanın Ermənistan prezidenti seçilməsindən sonra Ankara ilə Yerevan arasındakı münasibətlərdə müəyyən yumuşalma üçün şərait yarandığına dair məlumatlar artır. Sarkisyanın ötən günlərdə dünya çempionatının seçmə mərhələsində eyni qrupda yarışacaq olan Ermənastan ilə Türkiyə milli komanlarının Yerevanda keçiriləcək görüşünü tribunadan izləmək üçün Türkiyə prezidenti Abdulla Gülü dəvət edəcəyini bildirməsi bu məlumatların daha da artmasına səbəb olub.

Türkiyənin їHürriyyətї qəzeti yazır ki, Yerevan-Antalya təyyarə reyslərinin açılmasına icazə verilməsi ilə Türkiyə və Ermənistan arasındakı münasibətlər daha da yumuşalıb. Ötən günlərdə Ermənistanın Armavia Hava Yollarına məxsus təyyarə 140 erməni turistini Antaliyaya gətirib. Texniki səbəbdən fasilə yaranan reyslərin qısa müddət ərzində bərpa ediləcəyi bildirilir. Bu il Antaliya və Türkiyənin digər istirahət yerlərinə 50 min erməninin gəlməsi gözlənilir. Türkiyəyə işləmək üçün gizli yolla gələn ermənilərə qarşı tətbiq edilən tədbirlərdə də kifayət qədər loyallıq müşahidə edilir. Üç il əvvəl belə insanların sayı 40 min idisə, indi bu rəqəm 70 minə çatıb. Türkiyənin 160 milyon dollarla Ermənistanın xarici ticarətində 3-cü ən böyük partnyoru olduğu qeyd edilir.

їHürriyyətї qəzeti qeyd edir ki, Ermənistanın yeni prezidenti Serj Sarkisyanın sentyabr ayında Ermənastan ilə Türkiyə milli komanları arasında Yerevanda keçiriləcək görüşü tribunadan izləmək üçün Türkiyə prezidenti Abdulla Gülü dəvət edəcəyi haqqındakı bəyanatı Ankarada müsbət qarşılanıb. Qəzet adını açıqlamadığı mənbələrə istina edərək yazır ki, Yerevandan bu məsələ ilə daxil hələlik heç bir dəvət daxil olmayıb. їAncaq mənfi fikirdə deyilikї ї deyə, mənbə bildirib.

Xəbər lenti

Xəbər lenti