...

Kipr üzrə danışıqlarda tərəflər razılaşmaya yaxındır

Dünya xəbərləri Materials 7 İyul 2008 20:54 (UTC +04:00)
Kipr üzrə danışıqlarda tərəflər razılaşmaya yaxındır

Türkiyə, Ankara, 07 iyul / Trend , müxbir A.Ələsgərov/ Şimali Kipr Türk Cumhuriyyətinin prezidenti (TRSK) Mehmet Əli Tələt bildirib ki, Kipr lideri Dimitrios Xristofias ilə danışıqlar zamanı tərəflər razılaşmaya yaxındır. "Milliyyət" qəzetinin xəbərinə görə, Tələtin sözlərinə görə, "dövləti təşkil edən iki tərkib hissəsi arasında federasiya prinsipləri əsasında, demək olar ki, razılaşma əldə olunub". O, həmçinin, qeyd edib ki, tərəflər qarşıda duran birbaşa danışıqların qrafikini razılaşdırıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti