...

"ABŞ konsulluğuna silahlı hücum terror aktıdır" - İstanbulun Baş prokuroru

Dünya xəbərləri Materials 9 İyul 2008 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 iyul / Trend , müxbir S.İlhamqızı/ İstanbulun Baş prokuroru Aykut Çingiz bildirib ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğu qarşısında bu gün polis əməkdaşlarına edilmiş silahlı hücum terror aktıdır.

"Bu, terrorçuların hücumudur. 20-25 yaşlarında hücumçular səsboğucu tüfəng və tapançalardan atəş açıblar", - deyə Baş prokuror bildirib. Məlumatı İhlas Xəbər Agentliyi yayıb.

Baş prokurorun sözlərinə görə, terror aktı 4 nəfər tərəfindən həyata keçirilib, həmin şəxslərdən 3-ü hadisə yerində öldürülüb, biri isə avtomobillə qaçmağa müvəffəq olub.

4 nəfər naməlum şəxsin ABŞ konsulluğunun viza giriş qapısının qarşısında polislərə açdığı atəş nəticəsində 3 nəfər polis əməkdaşı həlak olub. İstanbul şəhərinin polis rəisi Muammer Gülər bildirib ki, silahlı hücumu həyata keçirənlərdən ikisi Türkiyə vətəndaşıdır.

Türkiyədə bütün diplomatik nümayəndəliklərdə təhlükəsizlik tədbirləri gücləndirilib.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan [email protected]

Xəbər lenti

Xəbər lenti