...

Rusiya sülhməramlıları gürcü-abxaz münaqişəsinin 12 kilometrlik zonasında gürcü polislərinin tərkisilah edilməsini tələb ediblər

Dünya xəbərləri Materials 11 Avqust 2008 12:18 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 11 avqust / Trend N.Kirtsxaliya/ Müniqşə zonasında mənzillərə yerləşdirilən Rusiya sülhməramlıları bu gün Gürcüstan tərəfinə ultimatum göndərib. Tbilisidə keçirilən brifinqdə Gürcüstanın reinteqrasiya məsələləri üzrə dövlət naziri Temur Yakobaşvili bildirib ki, onlar Zuqdid rayonunun 12 kilometrlik təhlükəsizlik zonasında Gürcüstanın bütün silahlı qruplaşmalarının saat 10:00-dək tərkisilah edilmsəsini tələb ediblər.

"Sülhməramlılara komandanlıq edən Sergey Çaban bu baş verməyəcəyi təqdirdə, polislərimizin güc yolu ilə tərkisilah ediləcəyi ilə təhdid edir. Qeyd etməliymə ki, o, Gürcüstanda arzuedilməz şəxsdir", - deyə o bildirib.

"Bizim orada silahlı qruplaşmalarımız yoxdur, polis qruplaşmalarının silahsızlaşdırılması isə Rusiya tərəfinin mandatına daxil deyil", - deyə Yakobaşvili bildirib.

"Biz bir çox cəbhələrdə döyüşürük və onlardan biri də diplomatiyadır və rusları nə qədər belə axmaq fəaliyyət həyata keçirsələr, biz bir o qədər xaricdən dəstək alacağıq", - deyə Yakobaşvili bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti