...

Biz həlak olanların dəyişdirilməsi üzrə "siyahıya siyahı" təklif etmişik – RF Baş Qərargahı rəisinin müavini

Dünya xəbərləri Materials 13 Avqust 2008 16:39 (UTC +04:00)

Rusiya, Moskva, 13 avqust/ Trend , müxbir R.Ağayev/Ruisya hərbçiləri hərbi qulluqçuların və həlak olanların dəyişdirilməsinin "siyahıya siyahı" sxemi üzrə aparılmasını təklif edirlər, RF Baş Qərargahı rəisinin müavini A.Noqovitsın çərşənbə günü Moskvada brifinqdə bildirib.

"Əməliyyat dayandırıldıqdan sonra, biz qoşunların planlaşdırılmış geri çəkilməsinə və onların əvvəlki yerləşmə mövqelərinə qaytarılmasına başlamışıq. Həm hərbi qulluqçu, həm də həlak olanların dəyişdirilməsi qaydasına gəldikdə isə, biz "siyahıya siyahı" sxemini təklif etmişik. O halda, biz itkin düşənlərlə bağlı məsələni də aydınlaşdıracağıq. Biz cavab gözləyirik", - Noqovitsın bildirib.

Xəbər lenti

Xəbər lenti