...

Gürcüstan MTŞ-nin katibi və rus generalı bu gecə Qoridə keşik çəkiblər

Dünya xəbərləri Materials 15 Avqust 2008 11:14 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 15 avqust / Trend , müxbir N.Kirtsxaliya/ Son günlərdən fərqli olaraq bu gecə Qori şhərində vəziyyət sabit olub. Bu barədə jurnalistlərə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi Kaxa Lomaya Qori yaxınlığında bildirib.

"Bütün gecə region qubernatoru Şida Kartli və Qoridəki qoşunlara komandanlıq edən rus generalı ilə birgə ərazidə keşik çəkmişik və bu müddət ərzində heç bir hadisə və ya asayiş pozuntusu qeydə alınmayıb", - deyə o bildirib.

Rusiyanın işğalçı qoşunları hələ ki, Qoridədir. Şəhərdə tanklar və canlı hərbi qüvvə yerləşdirilib. Gürcü polisi şəhərə nəzarət etmir.

Lomaya bildirib ki, indi əsas problem şəhərdə qalan əhalini yedirtmək, içirtmək və dərmanla təmin etməkdən ibarətdir. "Biz artıq ilk humanitar yardımı şəhərə göndərmişik, lakin bu gün daha bir neçə humanitar yardım ilə yüklənmiş maşın yola salınacaq", - deyə o söyləyib.

Hazırda Sameqrelo ərazisi Rusiya Silahlı Qüvvələrinin tam nəzarəti altındadır. İşğalçı qoşunlar Zuqdidi, Senaki və Potidə qərarlaşıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti